Əhəd Yaqubovun 110 illik yubilyei keçiriləcək

Əhəd Yaqubovun 110 illik yubilyei keçiriləcək

Baxış sayı: 2. 192 dəfə baxılıb.

Prezident İlham Əliyev akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, ölkədə geologiya elminin inkişafına mühüm töhfələr vermiş və yüksəkixtisaslı kadrların hazırlanmasında təqdirəlayiq xidmətlər göstərmiş akademik Əhəd Yaqubovun anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası akademik Əhəd Yaqubovun 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.ÇıxışYolu.Com