Əlcəzairdə təyyarə qəzası: 257 ölü - YENİLƏNİB + FOTO + VİDEO

Əlcəzairdə təyyarə qəzası: 257 ölü – YENİLƏNİB + FOTO + VİDEO

Baxış sayı: 3. 717 dəfə baxılıb.

Əlcəzair Müdafiə Nazirliyinə məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 257 nəfər ölüb.

ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, ölənlərdən çoxu hərbi qulluqçulardır.

Qəza yerinə nazir müavini, ordu generalı Əhməd Qayd Salah da gəlib.

12:38

Əlcəzairdə təyyarə qəzası zamanı ən azı 200 hərbçi ölüb.

ÇıxışYolu.Com-ın TASS-a istinadən məlumatına görə, hadisə ölkənin cənubunda Bufarik və Blid şəhərləri arasında baş verib.

Təyyarə Bufarik hərbi bazasında havaya qalxandan sonra qəzaya uğrayıb.

www.ÇıxışYolu.Com