Ərdoğan: İkinci “Zeytun budağı” İraqda ola bilər

Ərdoğan: İkinci “Zeytun budağı” İraqda ola bilər

Baxış sayı: 2. 453 dəfə baxılıb.

Qonşularımız dara düşəndə, başqaları kimi, sərhədlərimizi bağlayıb öz kefimizdə olmadıq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

“Bir gecə qəflətən Sincara da girərik, oradakı PKK-lıları da təmizləyərik.

İndiyədək 3622 terrorçu zərəsizləşdirilib. Dünən səhər 08:30 etibarilə son əməliyyat həyata keçirilib. Hələ də bitməyib. Azad Suriya Ordusu bizim əsgərlərlə birlikdə oradakı əldə düzəltmə bombaları axtarır.

“Bir gecə qəflətən gələ bilərik” dedik, gəldik, bu işi bu nöqtəyə gətirdik. Vergülü qoyduq, indi nöqtə qoyulacaq.

Lazım gəlsə, Şimali İraqdakı terror düşərgələrini də davamlı olaraq nəzarətimizə alarıq.

Dostuqsa, bizə lazım olan rahatlığı təmin edin.

Sizdən öncəki İraq rəhbərliyindən də bunu istəmişdik. Bu iş bir az da uzansa, ikinci “Zeytun budağı” orada olar”.

www.ÇıxışYolu.Com