Ərdoğan Kosovonı dövlət çevrilişində iştirakda ittiham edib

Ərdoğan Kosovonı dövlət çevrilişində iştirakda ittiham edib

Baxış sayı: 2. 783 dəfə baxılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Kosovonın baş naziri Ramuş Haradinyanın atdığı addımlar hiddətləndirib.

ÇıxışYolu.Com Anadolu-ya istinadla xəbər verir ki, onun sözlərinə görə, məmur Fətullah Güləni dəstəkləkləyir:   

“Kosovonun baş naziri təhlükəsizlik naziri ilə daxili işlər nazirini vəzifədən çıxarıb. Mən indi ondan soruşuram: Kosovonun baş naziri, kimin təlimatıyla belə addım atdın? Nə zamandan bəri Türkiyə dövlətində çevriliş etməyə cəhd edənləri qorumağa başladın?

O Kosovonu ki, dünyada Amerikadan sonra ikinci dövlət kimi biz tanıdıq. Sənin bundan xəbərin yoxmu? Kosovonu qardaş olaraq bağrına basan Türkiyəyə qarşı çıxanları sən necə qoynuna alıb, bəsləyərsən? Bunun hesabını sən də verəcəksən. Və mənim kosovolu qardaşlarım sənin kimi baş nazirə imkan verməz. Kosovalu qardaşlarım səndən bunun hesabını soruşacaqlar”.

www.ÇıxışYolu.Com