Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu verdi

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu verdi

Baxış sayı: 2. 708 dəfə baxılıb.

Türkiyə Suriya ilə sərhəd rayonlarda terror qruplaşmalarına qarşı yeni hərbi əməliyyatlar keçirməyə hazırdır.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Türkiyə üçün terrorçuların harada olmaqlarının fərqi yoxdur. Biz onları məhv etmək üçün hər şeyə hazırıq”, – prezident qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, bir çox Suriya şəhərləri, o cümlədən Mənbic, Təll-Abyad, Ras-əl-Aynanın əhalisi, Türkiyənin gəlişini lehinədir.

“Heç kimin Türkiyənin Suriyanı işğal edir deməyə hüququ yoxdur”, –  prezident vurğulayıb.

www.ÇıxışYolu.Com