Ərdoğan: Türkiyə heç kimdən icazə gözləmir

Ərdoğan: Türkiyə heç kimdən icazə gözləmir

Baxış sayı: 2. 658 dəfə baxılıb.

Yeni hədəflərə doğru irəliləmənin hazırlığı gedir. Yeni hədəfləri hər an eşidə bilərsiniz.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda 80 məktəb və 59 idman məktəbinin açılış mərasimində bildirib.

“Bu gün Türkiyə terror qruplaşmalarını sərhədlərdən kənarda tapıb ən dərin nöqtələrinə qədər girir.

Onlar qaçır, biz qovuruq”, – deyən Ərdoğanın sözlərinə görə, ümumiyyətlə, Türkiyə heç kimdən icazə gözləmir, heç kimin gözünə, işarəsinə baxmır.

“Terrorçular Afrinə (Suriya), Sincara (İraq) qaçdılar.

Bağdada xüsusi olaraq söylədik: 

“Siz həll edəcəksinizsə, həll edin, yoxsa gəlib həll edəcəyik”.

Bütün bunlar üçün kimsədən icazə gözləmirik.

Kimsənin gözünə, ağzına baxmırıq.

Ötən gün axşam Afrinə ən yaxın nöqtədə idik. Sərhəddə idik.

Əsgərlərimizin içində olduq.

Rəsmi protokolu bir kənara qoyduq, hər kəsə sərbəstlik verildi.

Yəni, gözəl bir görüşümüz oldu.

Heç bir geriçəkilmə də, sual işarəsi yoxdur.

Yeni hədəflərə doğru irəliləmənin hazırlığı gedir.

Yeni hədəfləri hər an eşidə bilərsiniz”, –  deyə Ərdoğan əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com