aa1feb99-6bc0-4426-afbe-a8d72d4f96c7..jpg

Əliyevin Berlin səfəri: “Alman dəqiqliyi” vacibdir – ŞƏRH

Baxış sayı: 953 dəfə baxılıb.

Əliyevin Berlin səfəri: “Alman dəqiqliyi” vacibdir – ŞƏRH

Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində səfərdədir, onun
almaniyalı həmkarı Frank-Valter Ştaynmayer və federal Kansler Olaf Şoltsla
görüşü gözlənilir.

Əliyev bu görüşləri keçirməzdən öncə, martın 13-də Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə müzakirələr aparıb.

Nəzərdə tutacağımız məqamlar:

1. Almaniya Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra enerji siyasətinin
aspektlərini sürətləndirib;

2. Rusiyadan enerji idxalının məhdudlaşdırılması və ya dayandırılması
nəticəsində Avropanın təbii qaz bazarında yaranan boşluqlar Azərbaycan hesabına
doldurulur;

3. Azərbaycan işğaldan azad etdiyi əraziləri “yaşıl zona” strategiyasının
miqyasında tutur və həm Xəzər dənizindəki, həm Qarabağdakı, həm də Şərqi
Zəngəzurdakı alternativ enerji mənbələrini Avropa bazarlarına ixrac
kontekstində inşa edir.

Əliyev alman iş adamları ilə görüşdə yaşıl enerji zonasının Azərbaycan
daxilindəki miqyasının Naxçıvana qədər genişləndiriləcəyini bildirdi.

Bu, təhlükəsizlik modelinin Cənubi Qafqazdakı yeni hərbi-siyasi şəraitinə
uyğun qurulmasında xarici sərmayədarların rolunu artıran faktora çevrilə bilər.

Azərbaycanın Avropa İttifaqı ilə bəzi xırda mübahisələrə rəğmən,
münasibətlərini yaxşı tutmasını Almaniya dəyərləndirməlidir. Yaxşı olardı ki,
Almaniya Cənubi Qafqazda prosesləri və proqresi irəli aparmağa sadiq qalan
Azərbaycanın niyyətlərinə sərmayə yatırsın.

Bunun üçün Almaniya nə etməlidir? Birinci növbədə Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşması prosesinə nisbətdə neytral mövqedə dayanmalıdır.

İkincisi, bu mərhələni Avropanın enerji, təhlükəsizlik və iqtisadi maraqları
üçün daha çox əhəmiyyət kəsb edən Azərbaycana iqtisadi investisiyalar qoymaqla
paralel şəkildə icra etməlidir.

Almaniyanın Cənubi Qafqazla bağlı əlavə dəyərlər qazanması onun Avropa
siyasətinin yeni düzənə uyğun şəkildə formalaşması üçün yaxşı fürsətdir.

Berlin şansları yaxşı qiymətləndirsə, bu, Avropa İttifaqının iqtisadi
strategiyası əsasındakı genişlənməsinə qızğın dəstək olacaq.

Bu, Azərbaycan üçün də məqbuldur, ona görə ki, Bakı enerji resurslarının
şaxələnməsini yeni razılaşmalar əsasında həyata keçirir.

Əliyevin səfəri Almaniyanın onilliklər boyu davam edən xarici siyasət
prinsiplərinin dəyişdirilməsi proqramının icrasına təkan verə bilər.

Bu təkanların təşviqedici mənbələri də şaxələnməlidir, belə ki, Almaniya da,
Azərbaycan da ikitərəfli münasibətlərdəki prinsipləri digər tərəfdaşlarla
uzlaşdırmalı və bunun üçün eksklüziv təsir sferası qurmalıdırlar.

Aqşin Kərimov

Source link