09076d1b-f00f-47d9-85c1-a24a867e7781..jpg

Əməkdar artist: “Niyə kimisə tərifləmək üçün onun ölümünü gözləmək lazımdır?” – VİDEO

Baxış sayı: 922 dəfə baxılıb.

Əməkdar artist: “Niyə kimisə tərifləmək üçün onun ölümünü gözləmək lazımdır?”
– VİDEO

“Sənin etdiyinin yüzdə birini etməyən adamları gətirib hansısa mərtəbəyə
qoyurlar. Səni isə görməzdən gəlirlər”.

Bunu Baku TV-yə açıqlamasında Əməkdar artist Nicat Kazımov deyib.

O, sənət adamlarına vaxtında qiymət verilməməsindən gileylənib:

“Layiq olduqlarımızı vaxtında alsaq, daha yaxşı olar. Niyə kimisə tərifləmək
üçün onun ölümünü gözləmək lazımdır?”.

Aktyor 50 illik yubileyi ilə bağlı veriliş hazırlanması təklifinə rədd cavabı
verilməsindən də bəhs edib:

“Çalışdığım teatr bununla bağlı televiziyalardan birinə müraciət etmişdi.
Aidiyyəti şəxs götürüb kağızı atıb qırağa ki, N.Kazımov kimdir ki, onun
haqqında nəsə edək?!”.

Daha ətraflı süjetdə:


Source link