42d24108-14c9-4763-b713-117de7ee6f5c..jpg

Əməkhaqqı fondunda altı faiz artım qeydə alınıb – RƏSMİ

Baxış sayı: 777 dəfə baxılıb.

Əməkhaqqı fondunda altı faiz artım qeydə alınıb – RƏSMİ

Məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına
yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam
edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bu ilin
birinci rübündə də ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 9
493 müqavilə və ya 0,5 faiz artaraq 1 milyon 755 min 802-yə çatıb.

Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı
fondunun da davamlı olaraq artması ilə nəticələnir. 2023-ci ilin yanvar-mart
aylarında əməkhaqqı fondunda daha 6 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda
2,5 dəfə artım baş verib.

Source link