019f0707-bf8b-4e6a-8223-bfd17b534375..jpg

Ərdoğan: “Mərhum Erbakan “Devrim” avtomobilini istehsal etdi, biz isə dövrün maşınını hazırladıq” – VİDEO

Baxış sayı: 723 dəfə baxılıb.

Ərdoğan: “Mərhum Erbakan “Devrim” avtomobilini istehsal etdi, biz isə dövrün
maşınını hazırladıq” – VİDEO

“Togg”un istifadəsindəki komforta bu günə qədər heç bir maşında şahid
olmamışam, buna xidməti avtomobilim də daxildir. Həqiqətən, rahatlığı çox
yüksəkdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanın
“Anadolu” rəngli “Togg” elektromobilini idarə edərkən görüntüləri yayılandan
sonra sürücülük təcrübəsi ilə bağlı sualı cavablandırarkən deyib.

O, ölkə boyu intensiv şəkildə enerji doldurma stansiyalarının qurulduğunu
vurğulayıb.

“Ölkəmizə xeyirli olsun”, – deyə dövlət başçısı əlavə edib.

Azərbaycanlı həmkarı Prezidenti İlham Əliyevə də “Togg” markalı avtomobilin
göndərildiyini xatırladan Ərdoğan onun da məmnun qaldığını bildirib:

“İlham bəy də məmnuniyyətini ifadə etdi və “çox, çox gözəl maşındır”, – dedi.

Ərdoğan qısa müddətdə “Togg” markalı avtomobil üçün 177 min sifariş
aldıqlarını xatırladıb.

“Bu böyük dövlətin, bu əziz millətin yerli və milli avtomobil markasının
olmamasının kədərini hər zaman yaşamışıq və bu, bizim məsuliyyətimiz idi.
Rəhmətlik müəllim (Türkiyənin sabiq baş naziri Necmettin Erbakan – red.)
“Devrim” avtomobilini istehsal etdi, biz isə dövrün maşınını hazırladıq. Sürət,
rahatlıq, təhlükəsizlik, nə axtarırsınızsa, “dövrün avtomobili” olan “Togg”da
var”, – deyə o bildirib.

Xatırladaq ki, Türkiyənin ilk yerli elektromobili “Togg” aprelin 4-də
Azərbaycan Prezidenti İlham Əliyevə dətəqdim edilib
. Mümkündür ki, yaxın perspektivdə “Togg”un
Azərbaycana idxalı reallaşsın.

Bu o deməkdir ki, “Togg” Bakı-Ankara tandemini möhkəmləndirən strateji
əlaqələrdə yeni istiqamət olacaq və avtomobili istehsal edən zavodun
Azərbaycanda da müəssisəsiyaradıla bilər .


Source link