d7c00169-0f24-4d6a-ab02-2044f924abf3..jpg

Ərini sifarişlə öldürdən qadının cinayət işi üzrə istintaqı tamamlanıb

Baxış sayı: 858 dəfə baxılıb.

Ərini sifarişlə öldürdən qadının cinayət işi üzrə istintaqı tamamlanıb

Həyat yoldaşını sifarişlə öldürdən qadının cinayət işi üzrə istintaqı
tamamlanıb.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan bildirilib.

Xəbər verildiyi kimi, martın 15-də paytaxtın Sabunçu rayonu, Maştağa
qəsəbəsində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı evin qarşısında
öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı
yekunlaşıb.

Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın
sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev
tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı
şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci
(qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah
məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil
etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin
Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs
halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə)
maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti
üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Source link