0a021eaa-cbe4-4183-9e10-f363651fcb21..jpg

17 yaşlı oğlanı bacısının fotoları ilə şantaj etdilər

Baxış sayı: 827 dəfə baxılıb.

17 yaşlı oğlanı bacısının fotoları ilə şantaj etdilər

Ağcabədidə polisə 17 yaşlı oğlanın şantajla üzləşməsi barədə müraciət daxil
olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisə müraciət edən 1984-cü il
təvəllüdlü Sədaqət Abbasov (bütün ad-soyadlar şərtidir – red.) oğlu, 2006-cı il
təvəllüdlü Aslanın 2005-ci il təvəllüdlü Məhəmməd Mirzəyev tərəfindən şantaj
edildiyini bildirib.

O şikayət ərizəsində qeyd edib ki, 18 yaşlı Məhəmməd onun qızının fotolarını
əldə edib. Daha sonra oğlunu fotoları yaymaq hədəsi ilə şantaj etməyə başlayıb.

Atanın iddiasına görə, həmin şəxs hədə-qorxu yolu ilə 17 yaşlı oğlandan 100
manat alıb.

Müraciətlə bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

Source link