7e1d69ee-ab87-4a08-976f-2fcb5f4a89e2.jpg

300-dən çox moldovalı prezident seçkisində səs vermək üçün Bakıya gəlib

Baxış sayı: 200 dəfə baxılıb.

Moldovada prezident seçkisinin ikinci turunda səs vermək üçün Rusiyanın
Sankt-Peterburq şəhərindən Bakıya 300-dən çox moldovalı gəlib.

Cixisyolu.com bu barədə TASS-a istinadən xəbər verir.

Bakıda Moldova səfirliyində açılan bir seçki məntəqəsi fəaliyyət göstərir.

Seçicilərin özlərinin dediyi kimi, onlar Sankt-Peterburqdan iki təyyarə ilə
uçublar.

Qeyd olunur ki, Moldova hakimiyyəti Sankt-Peterburqda seçki məntəqəsi açmadığı
üçün orada səs vermək mümkün olmayıb.

Qeyd edək ki, noyabrın 3-də Moldovada prezident seçkisinin ikinci turu
keçirilir. Səsvermədə hazırkı prezident Maya Sandu və onun ən yaxın rəqibi
Aleksandr Stoyanoqlo mübarizə aparır.

Source link