“ABB-Moskva”nın filialları apreldə bağlanacaq

“ABB-Moskva”nın filialları apreldə bağlanacaq

Baxış sayı: 4. 198 dəfə baxılıb.

“Azərbaycan Beynəlxalq Bankı”nın Rusiyada ləğv olunan törəməsi “ABB-Moskva” bu ilin martın 20-dən “Təcili” əmanəti üzrə maliyyə vəsaitlərinin cəlb olunması şərtlərini dəyişdirib. Eləcə də, bankın filiallarının bu ilin aprelin 27-dək bağlanması qərarı verilib. 

ÇıxışYolu.Com “ABB-Moskva”ya istinadən xəbər verir ki, bankın Rusiyanın paytaxtında “Mərkəzi” və “Tverskaya” əlavə xidmət ofisi fəaliyyət göstərir. 

Eləcə də, “ABB-Moskva”nın Sankt-Peterburq və Yekaterinburq filialları var. 

Xatırladaq ki, martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb. 

.
​www.ÇıxışYolu.Com