8714c361-b601-4499-bf18-19faeb47d58d..jpg

Abdullahian: “Azərbaycan səfirliyinə basqın edən şəxs ən ciddi şəkildə cəzalandırılacaq”

Baxış sayı: 494 dəfə baxılıb.

Abdullahian: “Azərbaycan səfirliyinə basqın edən şəxs ən ciddi şəkildə
cəzalandırılacaq”

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə ən ağır cəza tətbiq
olunacaq.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

Bu barədə İran mətbuatı məlumat yayıb.

O, qərarın İranın məhkəmə orqanları tərəfindən veriləcəyini qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub
və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Hücum edən şəxs polis
tərəfindən saxlanılıb.

Rəsmi Bakı hücumu terror aktı kimi qiymətləndirib.

Source link