Abramoviç “Çelsi”dən məhrum ola bilər

Abramoviç “Çelsi”dən məhrum ola bilər

Baxış sayı: 2. 638 dəfə baxılıb.

Rusiya-Britaniya münasibətlərində  yaşanan gərginlik İngiltərənin “Çelsi” klubunun aqibətinə də təsir edə bilər.

ÇıxışYolu.Com “The Times”-a istinadən xəbər verir ki, Britaniya hakimiyyəti Roman Abramoviçin adı çəkilən klubunu müsadirə edə bilər.

Böyük Britaniya “Skripal işi” ilə bağlı gərginlik fonunda, korrupsiyada adı hallanan rusiyalı biznesmenlərə qarşı sərt ölçülər qəbul etməyi planlaşdırır. Müxtəlif sanksiyaların tətbiqi, o cümlədən aktivlərin müsadirəsi nəzərdə tutulur.

“The Times”da dərc olunan məqalənin müəllifinə görə, hakimiyyətin sanskiyaları Roman Abramoviçdən də yan keçməyəcək.

Roman Abramoviç “Çelsi” klubunun nəzarət paketinə 2003-cü ildə sahib olub. 15 il ərzində rusiyalı biznesmen kluba 3 milyard dollara yaxın kapital yatırıb.

.
www.ÇıxışYolu.Com