ABŞ-da “Halkbank” rəsmisi 15 il müddətinə həbs edilə bilər

ABŞ-da “Halkbank” rəsmisi 15 il müddətinə həbs edilə bilər

Baxış sayı: 2. 394 dəfə baxılıb.

ABŞ prokurorluğu  İranın ABŞ sanksiyalarını adlamasına imkan vermiş sxemin gerçəkləşdirilməsində təqsirli bilinən Türkiyənin “Halkbank” bankının direktor müavini Hakan Atillaya 15 il həbs cəzası verilməsini tələb edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Daily Sabah” məlumat yayıb.

Prokurorluq eyni zamanda onun 500 min dollara qədər cərimələnməsini istəyir. Türkiyəli bankiri təmsil edən vəkillər isə cinayət işinə baxan hakimdən həbs müddətinin beş ildə çox olmamasını xahiş edib.

Bundan əvvəl Nyu York prokurorluğu andlı münsiflərin Atillanı  İranın ABŞ sanksiyalarından yan keçməsinə kömək etməkdə təqsirli bildiyini elan etmişdi.

Atilla ötən ilin mart ayında Türkiyədən ABŞ-a gələn zaman Federal təhqiqatlar bürosunun əməkdaşları tərəfindən həbs olunub.  

Bankir ABŞ sanksiyalarından yan keçməklə İranın xeyrinə çox milyonluq maliyyə əqdləri yerinə yetirmək məqsədi ilə Türkiyədən olan (əslən azərbaycanlı)  iş adamı Rza Zərrabla əlbir olmaqda təqsirləndirilir.  

.
www.ÇıxışYolu.Com