ABŞ: GPS sistemimiz Rusiyanın raket hücumlarına həssasdır

ABŞ: GPS sistemimiz Rusiyanın raket hücumlarına həssasdır

Baxış sayı: 2. 933 dəfə baxılıb.

ABŞ-ın hərbi və mülki naviqasiya sistemlərində tətbiq olunan GPS peyk sistemi, Çin və Rusiyanın raket və lazer hücumlarına həssasdır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Washington Free Beacon” nəşrində məlumat yayılıb.

ABŞ HHQ komandanı Hizer Uilson, konqresə verdiyi açıqlamada, başcılıq etdiyi qurumun istənilən müdaxilələrə davamlı olan GPS peykinin hazırlanması ilə məşğul olduğunu bildirib.

“Biz yerdən maneələrin yaradılmasından və kiberhücumlardan tutmuş, Rusiya və ya Çindən 2007-ci ildən sınağı keçirilmiş peyk əleyhinə raketlərin buraxılışına kimi müxtəlif təhdidlərlə üz-üzəyik” deyə nəşrin Uilsondan gətirdiyi sitatda deyilir.

Uilson həmçinin bildirib ki,  mövcud GPS sistemdə olan həssaslıqları aradan qaldırmaq üçün ABŞ HHQ-i 30 orbital peykin yenilənməsi istiqaməntində işləri sürətləndirib.

.
www.ÇıxışYolu.Com