ABŞ hərbi gəmiləri hərəkətə keçdi

ABŞ hərbi gəmiləri hərəkətə keçdi

Baxış sayı: 2. 098 dəfə baxılıb.

Başda “Harri Truman” aviadaşıyıcısı olmaqla, ABŞ hərbi dəniz donanmasının zərbəçi qrupu Virciniya ştatındakı daimi dislokasiya məntəqəsindən Yaxın Şərqə yola düşüb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ KİV-də məlumat yayılıb.

Məlumata görə, zərbəçi qrupun tərkibinə  aviadaşıyıcıdan başqa “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkeley”, “Forest Şerman” və “Farraqut” raket esminesləri daxildir.  Gəmilərin göyərtəsində 6500 nəfərə yaxın şəxsi heyət var .

Zərbəçi qrupa Almaniya hərbi dəniz donanmasına aid “Hessen” freqatının da qoşulacağı bildirilir.

Vaşinqton hələ ki, gəmilərin gözlənilməz hərəkətinin səbəbini açıqlamayıb.

.
www.ÇıxışYolu.Com