a0b67814-8981-4840-ae62-80ebed761434..jpg

ABŞ konqresmenləri Vaşinqtona çağırış etdilər

Baxış sayı: 842 dəfə baxılıb.

ABŞ konqresmenləri Vaşinqtona çağırış etdilər

ABŞ-nin Respublikaçı Partiyasından olan konqresmenlər Den Krenşou və Mayk Vals
Vaşinqtonu Meksikada xüsusi hərbi əməliyyat keçirməyə çağırıblar.

Vaşinqtondan Meksikadakı narkokartellər ilə mübarizə üzrə əməliyyat
keçirilməsi istənilib.

ABŞ parlamentariləri narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədi
ilə qonşu dövlətdə hərbi güc tətbiq etməyə icazə verən müvafiq qanun layihəsi
təklif ediblər. Qanunvericilərin sözlərinə görə, Meksika kartellərinə yanaşma
İŞİD ilə eyni dərəcədə olmalıdır.

Öz növbəsində ABŞ Prezidenti Co Bayden, əksər demokratlar kimi, Meksikada
hərbi güc tətbiq edilməsi və narkokartellərin terror təşkilatları kimi
tanınması ideyasını qəbul etməyib.

Qeyd olunur ki, Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark
Milli də Meksikaya qoşun yeridilməsinin əleyhinə çıxıb. O vurğulayıb ki,
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə hərbçilər deyil, hüquq-mühafizə
orqanları mübarizə aparmalıdırlar.

Mənbə: “Politico”

Source link