ABŞ: Lavrovun bəyanatı gülməlidir

ABŞ: Lavrovun bəyanatı gülməlidir

Baxış sayı: 2. 607 dəfə baxılıb.

Vaşinqton Rusiya xarici işlər naziri Serqey Lavrovun, “ABŞ hökumətinin Qərb dövlətlərini şantaj yolu ilə rusiyalı diplomatları qovmağa vadar etməsi” haqqında  bəyanatının “gülməli” olduğunu bildirib.

ÇıxışYolu.Com RT-yə istinadən xəbər verir ki, bu barədə dövlət departamentində keçirilən brifinqdə qurumun mətbuat xidmətinin rəhbəri Hizer Nauert açıqlama verib.

“Bu kampaniya Britaniya torpağında britaniya vətəndaşı və onun qızına qarşı sui-qəsdə cəhddən sonra Böyük Britaniya hökuməti tərəfindən başlanılıb. Bir çox ölkələr kimi ABŞ-da bunu dəstəkləyib və öz müttəfiqinə həmrəylik nümayiş etdirib. (Lavrovun) həmin bəyanatı sadəcə gülməlidir” deyə Nauert bildirib.

.
www.ÇıxışYolu.Com