ABŞ və Rusiyanın Suriyada istifadə edə biləcəkləri silahlar açıqlanıb

ABŞ və Rusiyanın Suriyada istifadə edə biləcəkləri silahlar açıqlanıb

Baxış sayı: 2. 443 dəfə baxılıb.

“The National Interest” nəşri  ABŞ və Rusiyanın Suriyada üz-üzə gələcəyi təqdirdə hansı silahlardan istifadə edəcəyi ilə bağlı ehtimallarını açıqlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, jurnalın proqnozuna görə, ABŞ Rusiyanın Suriyadakı mövqelərinə “Tomohawk” və ya “AGM-86B” qanadlı raketləri ilə zərbələr endirə bilər.

Hava reydlərində  “B-2 Spirit” bombardmançıları və “F-22 Raptor” qırıcılarından istifadə olunacağı ehtimalı yüksəkdir.

“National Interest”in hərbi ekspertləri əmin edir ki, Rusiyanın nə “S-300”, nə də “S-400” ZRK sistemləri ABŞ silahları ilə endirilən zərbələrin qarşısını almaqda acizdir.

Rusiya isə ABŞ mövqelərini  “Tu-95” və “Tu-160” bombardmançılarının daşıdığı “X-101” qanadlı raketləri ilə və ya hərbi gəmilərdən buraxılan “Kalibr” qanadlı raketləri ilə bombalaya bilər.

.
www.ÇıxışYolu.Com