17e9975b-6d6c-43b9-be47-e3739f7fe0d5..jpg

Abşeron rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Baxış sayı: 638 dəfə baxılıb.

Abşeron rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil
olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində
üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbə sakini 1992-ci
il təvəllüdlü Qasımbala Balayev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun üzərinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı
avtomat, 6 ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb.
Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək
satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı polis bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə
göndərilib, araşdırmalar davam etdirilir.


Source link