Abşeronun bir hissəsi susuz qalacaq

Abşeronun bir hissəsi susuz qalacaq

Baxış sayı: 3. 244 dəfə baxılıb.

Abşeronun bəzi qəsəbələrində su olmayacaq.

“Azərsu” ASC-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar 11 may 2018-ci il tarixində gün ərzində Mehdiabad və Digah qəsəbələrinə, həmçinin Mehdiabad qəsəbəsindəki məcburi köçkün yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

www.ÇıxışYolu.Com