37620e92-b556-4ddb-b18a-ab065c4ea024..jpg

Ad günündə qayçı ilə dostunu öldürən şəxsin məhkəməsi başa çatıb

Baxış sayı: 773 dəfə baxılıb.

Ad günündə qayçı ilə dostunu öldürən şəxsin məhkəməsi başa çatıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Cavid Quliyevin barəsindəki
qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Ağcabədi sakini, 1988-ci il təvəllüdlü C.Quliyev 2019-cu il
noyabrın 7-də saat 17 radələrində dostu və qonşusu, 1974-cü il təvəllüdlü Kərim
Sultanovun evində təşkil etdiyi doğum günü məclisinə gedib. Ziyafətdə olarkən
dostlar arasında mübahisə yaranıb, Kərim Cavidi ağır söyüşlərlə təhqir edib.
C.Quliyev yaxınlıqda yerləşən öz evinə gedərək həyətdən qayçını götürüb və geri
qayıdıb. Küçədə Kərimlə rastlaşıb və oradaca onun sinəsindən qayçı ilə bir
zərbə vurub. Nəticədə K.Sultanovun ürəyi zədələnib. Xəstəxanaya yerləşdirilsə
də, əməliyyat zamanı vəfat edib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə
cinayət işi başlanılıb, C.Quliyev şübhəli şəxs qismində tutulub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan
məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Şirvan
Apellyasiya Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərarından məhkum edilmiş
şəxsin müdafiəçisi kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün
buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət verib. Vəsatət
rədd edilib. Daha sonra müdafiəçi həmin qərardan kassasiya şikayəti ilə Ali
Məhkəməyə müraciət edib.

Source link