93bed629-dcb8-4aa5-b2a7-20928f182e52..jpg

Adil Kərimli şiddətli töhmət verdiyi rəisi işdən çıxardı

Baxış sayı: 891 dəfə baxılıb.

Adil Kərimli şiddətli töhmət verdiyi rəisi işdən çıxardı

Mədəniyyət Nazirliyində idarə rəisi işdən çıxarılıb.

Cixisyolu.com-ın məlumatına görə, bununla bağlı mədəniyyət naziri vəzifəsini
müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov
vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir ay əvvəl Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara
görə sonuncu xəbərdarlıqla şiddətlitöhmət
verilib.

Mədəniyyət Nazirliyi məlumatı saytımıza təsdiqləyib. Bildirilib ki, Xaçmaz
Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Beybala oğlu Musayevə aprelin
4-dən üç ay müddətinə həmin idarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının
icrası müvəqqəti olaraq həvalə edilib.

İlhamə Əbülfət

Source link