15f775e3-5864-41f4-8048-5d9f616e6990..jpg

Adnan Oktarın 8658 illik həbs cəzası təsdiqləndi

Baxış sayı: 792 dəfə baxılıb.

Adnan Oktarın 8658 illik həbs cəzası təsdiqləndi

İstanbul Regional Cəza Məhkəməsi çərşənbə günü Adnan Oktar və bir çox
cinayətlərdə təqsirləndirilən daha 13 nəfərin 8658 illik həbs cəzasını qüvvədə
saxlayıb.

Oktar 2021-ci ildə yetkinlik yaşına çatmayanlara qarşı cinsi qısnama və
zorakılıq, adam oğurluğu və vergi qanunlarını pozma ittihamı ilə 1075 il həbs
cəzasına məhkum edilib.

Ümumilikdə bu işə 215 müttəhim cəlb edilib, onlardan bəziləri “Oktarın cinayət
təşkilatı”nda iştiraka görə mühakimə olunub. Lakin apellyasiya instansiyası
tərəfindən hökm ləğv edilib və proses yenidən başlayıb.

Ötən ilin noyabrında iş üzrə təqsirləndirilən şəxslər toplam 8658 il müddətinə
azadlıqdan məhrum edilib və məhkəmənin qərarından apellyasiya şikayəti verilib.

Mənbə: Habertürk

Source link