20a7c860-fc2d-4ee2-b6b8-06191d13b205..jpg

AFFA “Neftçi”nin prezidentini cəzalandırıb

Baxış sayı: 786 dəfə baxılıb.

AFFA “Neftçi”nin prezidentini cəzalandırıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, yığıncaq qurumun inzibati binasında baş tutub.

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

14.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Zirə” –
“Səbail” oyununun II hissəsində “Səbail” klubu meydançaya gec çıxdığına görə
2400 manat cərimə edilir (maddə 52.4);

14.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Neftçi” –
“Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına
görə klub 800 manat cərimə edilir (maddə 39);

15.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Kəpəz” –
“Turan Tovuz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39);

15.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Kəpəz” –
“Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun futbolçusu Piruzi Marakvelidze
rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı
üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

15.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Kəpəz” –
“Turan Tovuz” oyunu bitdikdən sonra “Turan Tovuz” klubunun futbolçusu Tərlan
Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun
cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 37.1);

15.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Kəpəz” –
“Turan Tovuz” oyunu bitdikdən sonra “Turan Tovuz” klubunun qapıçısı Kamal
Bayramov rəqib futbolçuları təhqir etdiyinə görə 3 oyun cəzalanır, klub 1600
manat cərimə edilir (maddə 41.1);

15.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Kəpəz” –
“Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun futbolçuları isinmə hərəkətləri
edən zaman tələbləri pozduğuna görə klub 200 manat cərimə edilir (maddə 61.5);

16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” –
“Qarabağ” matçına Yanğından mühafizə xidməti maşını təyin olunan vaxtdan gec
gəldiyinə görə “Sabah” klubu 400 manat cərimə edilir (maddə 62.2);

16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” –
“Qarabağ” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar
əşyalar atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” –
“Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar
əşyalar atıldığına görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” –
“Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna
görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” –
“Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən 155 oturacaq sındırıldığına
görə meydan sahibi kluba dəymiş zərər “Qarabağ” klubu tərəfindən ödənilsin
(maddə 49.4);

17.04.2023-cü il tarixində I Divizionun XXV turunun “Zaqatala” – “Kəpəz-2”
oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə
klub 80 manat cərimə edilir (maddə 39);

17.04.2023-cü il tarixində I Divizionun XXV turunun “Qaradağ Lökbatan” –
“Turan Tovuz-2” oyununda topdaşıyanlar topla artıq rəftar etdiyinə görə
“Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 64.2);

17.04.2023-cü il tarixində I Divizionun XXV turunun “Mingəçevir” – “Qəbələ-2”
oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına
görə komanda 80 manat cərimə edilir (maddə 39);

18.04.2023-cü il tarixində I Divizionun XXV turunun “Səbail-2” – “Zirə-2”
oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına
görə komanda 80 manat cərimə edilir (maddə 39);

19.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Turan
Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39);

19.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Turan
Tovuz” – “Neftçi” oyununun fasiləsi zamanı “Neftçi” klubunun prezidenti Kamran
Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi
ifadələrə görə Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanır, klub
4000 manat cərimə edilir (maddə 41.4, maddə 32). Sınaq müddəti 6 ay təyin
edilsin.

Source link