Ağ Ev britaniyalı azarkeşləri Rusiyaya getməməyə çağırdı

Ağ Ev britaniyalı azarkeşləri Rusiyaya getməməyə çağırdı

Baxış sayı: 3. 058 dəfə baxılıb.

Ağ Ev britaniyalı futbol azarkeşlərini DÇ-2018-də tamaşaçı qismində iştirak etmək üçün Rusiyaya yollanmamaqla bağlı xəbərdar edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Adı açıqlanmayan Ağ Ev rəsmisinin sözlərinə görə, “Skripal işi” ilə əlaqədar britaniyalı diplomatlar Rusiyadan xaric edildikdən sonra Birləşmiş Krallıq ölkələrindən gələn futbol azarkeşləri diplomatik missiyadan lazımi dəstəyi görə bilməyəcəklər.

Nəticədə britaniyalı turistlərin hüquqları lazımı dərəcə qorunmayacaq. Ağ Ev rəsmisi Rusiyada keçiriləcək mundiala bilet almazdan əvvəl “yüz ölçüb, bir biçməyi” məsləhət görüb.

Qeyd edək ki, 2018-ci ilin  futbol üzrə dünya çempionatı  14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.

F.M.
www.ÇıxışYolu.Com