Ağdamda mühəndis-istehkam işləri aparılarkən kəllə sümüyü aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində bir ədəd kəllə
sümüyü aşkarlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı
kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması
ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı ilə bağlı Ağdam
Rayon Prokurorluğunda araşdırma aparılır.