255eea33-612c-445c-b2c6-c0ca8d8449de..jpg

Ağdaşda qənnadı fabrikindən oğurluq edən, azyaşlıya qarşı soyğunçuluq törədən şəxslər tutulublar – FOTO/VİDEO

Baxış sayı: 1. 029 dəfə baxılıb.

Ağdaşda qənnadı fabrikindən oğurluq edən, azyaşlıya qarşı soyğunçuluq törədən
şəxslər tutulublar – FOTO/VİDEO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar
nəticəsində rayon ərazisində oğurluq edən və azyaşlıya qarşı soyğunçuluq
cinayəti törədən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, şəhər ərazisində yerləşən qənnadı fabrikindən ümumi dəyəri 15
000 manat olan motorların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil
olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri
prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş istintaq və
əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən
Həsən Həsənov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və
oğurladıqlarını dəyərindən dəfələrlə ucuz qiymətə metal qəbulu məntəqəsinə
satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib. Davam etdirilən
tədbirlərlə motorlar da satdığı yerdən maddi sübut kimi götürülərək istintaqa
təqdim olunub.

Daxil olmuş məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbiri
nəticəsində isə Ağdaş şəhəri ərazisində yerləşən fərdi yaşayış evindən ümumi
dəyəri 1200 manat olan dəmir materiallar, elektrik naqili və digər məişət
əşyaları oğurlayan rayonun Yuxarı Zeynəddin kənd sakini Rövşən Cavadov
saxlanılıb, onunla əlbir olan daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən sonuncu
əməliyyatlar zamanı isə azyaşlının mobil telefonunu soyğunçuluq yolu ilə ələ
keçirən 16 yaşlı rayon sakini, eləcə də yeni tikilməkdə olan evdən elektrik
naqillərini oğurlayan daha iki yeniyetmə saxlanılıb. Soyğunçuluqla ələ
keçirdiyi mobil telefon saxlanılan şəxsin üzərindən aşkarlanaraq maddi sübut
kimi götürülüb.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam
etdirilir.


Source link