5496ca5d-3a49-4b03-a5ff-f5a24b6cfda3..jpg

“AGF Trophy”: Gimnastımız Zöhrə Ağamirova lentlə hərəkətdə qızıl medal qazandı – YENİLƏNİB

Baxış sayı: 688 dəfə baxılıb.

“AGF Trophy”: Gimnastımız Zöhrə Ağamirova lentlə hərəkətdə qızıl medal qazandı
– YENİLƏNİB + FOTO

Böyüklər arasında lentlə hərəkətdə bədii gimnastika üzrə “AGF Trophy”
beynəlxalq turnirinin qızıl medalını gimnastımız Zöhrə Ağamirova qazanıb.

Trend-in məlumatına görə, onun çıxışı hakimlər tərəfindən 31.400 xalla
qiymətləndirilib.

Gümüş medalı 30,750 xalla Azərbaycan millisinin digər təmsilçisi – Alina
Gezalova, bürünc medalı macarıstanlı Evelin Viktoriya Koçşis qazanıb, hakimlər
ona proqrama görə 29,400 xal veriblər.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü “AGF Trophy” beynəlxalq turnirin
yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən
119 gimnast iştirak edir.

18:50

Azərbaycan idmançısı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə
“AGF Trophy” beynəlxalq turnirində böyüklər arasında gürzlərlə hərəkətdə
birinci yerə layiq görülüb.

Trend xəbər verir ki, gimnastımız 31,700 xal toplayıb.

İkinci yeri Macarıstanı təmsil edən Evelin Viktoriya Koçsis, onun çıxışı
31,050 xalla qiymətləndirilib, üçüncü yeri moldovalı Veronika Sturmilova
(30,250 xal) tutub.

Bu proqramda Azərbaycan gimnastı Leyli Ağazadə 26,900 xalla altıncı yeri tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü “AGF Trophy” beynəlxalq turnirin
yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən
119 gimnast iştirak edir.

Source link