98037c01-8045-49fd-a88d-ee77d7087620..jpg

Aİ Moldovaya mülki missiya göndərəcək

Baxış sayı: 959 dəfə baxılıb.

Aİ Moldovaya mülki missiya göndərəcək

Bir sıra Aİ ölkələri bu yay Moldovaya mülki missiya göndərmək niyyətindədir.

Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindəki (EEAS) mənbələrə istinadən
məlumat yayılıb.

Məlumata görə, bu missiya çərçivəsində Aİ-dən olan ekspertlər ədliyyə, polis,
gömrük, kiberhücumlarla və dezinformasiya ilə mübarizə sahələrində
məsləhətləşmələr aparacaqlar.

Bildirilir ki, planlaşdırılan missiya Moldova hökumətinin sorğusuna cavab
olaraq göndəriləcək və Kişinyovun Ukraynadakı münaqişə ilə bağlı narahatlığını
aradan qaldırmaq məqsədi daşıyacaq.

Qeyd olunur ki, Baltikyanı ölkələr, Almaniya, Polşa, İsveç, Çexiya,
Portuqaliya, Rumıniya və Danimarka Moldovaya mülki missiyanın göndərilməsi
təşəbbüsünü dəstəkləyir. Diplomatlar yeni missiyanın “yayın əvvəlində”
başlayacağını gözləyirlər.

Mənbə: gazeta.ru

Source link