291f9082-4ca0-4f34-8759-f9c3e2cb4bb9..jpg

Akif Çovdarovun əmlakları ilə bağlı qərardan verilmiş şikayət üzrə məhkəmənin vaxtı məlum olub

Baxış sayı: 1. 031 dəfə baxılıb.

Akif Çovdarovun əmlakları ilə bağlı qərardan verilmiş şikayət üzrə məhkəmənin
vaxtı məlum olub

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi,
general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun cinayət
işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə bağlı qərardan
verilmiş protest və şikayətlə bağlı məhkəmənin vaxtı məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Rəşad Abdulovun icraatına
verilmiş işə aprelin 25-də baxılacaq.

Qeyd edək ki, prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış 30 milyonluq
əmlakın 13 milyon təşkil edən hissəsinin yenidən xüsusi müsadirə edilməsini
istəyib.

Azad olunan əmlaklardan biri də 8-ci kilometrdə yerləşən ticarət və xidmət
sahəsinin 50 faizlik payıdır.

Bununla bağlı isə bazarın keçmiş sahibi Çingiz Əsədov kassasiya şikayəti verib.

Məhkəmə şikayətlərə bir yerdə baxacaq.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı
Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il
müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə
imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıblar.

2022-ci ilin dekabr ayında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun
yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə
qaytarılması barədə qərar qəbul edib. Bundan başqa, Səlim Məmmədovun da
əmlakları xüsusi müsadirədən azad olunub.

Source link