ba669e2f-69e4-461c-bb27-a6a48f2b491e..jpg

Akif İslamzadə: “Təəccüb, sevinc və təşəkkür hissi keçirirəm” – AÇIQLAMA

Baxış sayı: 532 dəfə baxılıb.

Akif İslamzadə: “Təəccüb, sevinc və təşəkkür hissi keçirirəm” – AÇIQLAMA

“Bu mənim ilk mükafatım oldu”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan
musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif
olunanAkif İslamzadə deyib.

Müğənni mükafatın onun üçün gözlənilməz olduğunu qeyd edib:

“On dəqiqə olar ki, ordenlə təltif olunduğumdan xəbər tutmuşam. Allah razı
olsun! Təşəkkür edirəm! Xəbərim yox idi. 15 dəqiqə öncə zəng etsəydiniz,
məlumatım olmadığını deyərdim. Zənglər gəldi, ondan sonra xəbər tutdum.
Gözləmirdim, anidən oldu. Adlar, məncə də, bu şəkildə verilməlidir. Bu mənim
ilk ordenimdir. Bu günə qədər heç bir mükafat ilə təltif olunmamışam. Üç hiss
bu dəqiqə bir aradadır. Təəccüb, sevinc və təşəkkür hissi keçirirəm. Prezident
İlham Əliyev ilə görüşüm də, qismət olsa, baş tutacaq. Hər kəsə uğurlar
arzulayıram”.

Qeyd edək ki, xanəndə Sara Qədimovanın ilk övladı olan müğənni Akif İslamzadə
2016, 2017 və 2018-ci illərdə Prezident Mükafatına, 2019-cu ildə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 14 avqust 2023-cü
ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan
musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif
edilib. 120-dən çox mahnının ifaçısıdır. Bakının Binəqədi rayonu və Badamdar
qəsəbəsində Akif İslamzadənin adına küçələr var.

Mahnılarından “Sarı gəlin” və “Bu gecə” diqqətləri cəlb edib. 1986-cı ildə
müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Altı aylıq
müalicələrdən sonra cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri
götürülüb. Bununla da Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.

Nəzrin Vahid

Source link