07e9ba21-3350-477d-9f6e-881f9b8ccdea..jpg

Akkuyu AES-in açılış mərasimi gecikmə ilə baş tutacaq – FOTO/VİDEO

Baxış sayı: 801 dəfə baxılıb.

Akkuyu AES-in açılış mərasimi gecikmə ilə baş tutacaq – FOTO/VİDEO

Bu gün saat 13.30-da keçiriləcəyi açıqlanan Akkuyu Atom Elektrik Stansiyasının
açılış mərasimi gecikmə ilə saat 16.00-da baş tutacaq.

Bu barədə prezident administrasiyasından xəbər verilib.

Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti
Vladimir Putin tədbirəonlayn qoşulacaqlar.

Qeyd edək ki, bu gün Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu AES
“nüvə obyekti” statusuna qovuşur.

Birinci blokun istismara verilməsi üçün geri sayımın başladığı layihədə
stansiyaya yeni nüvə yanacağının doldurulması ilə daha bir kritik mərhələnin
başa çatması gözlənilir.

Ümumdünya Nüvə Assosiasiyasının rəhbəri Sama Bilbao-i-Leon bildirib ki, Akkuyu
AES yeni atom elektrik stansiyalarının tikintisi üçün qlobal simvoldur və
Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək.

Yanacaq təhvilindən sonra görüləcək ilkin sınaqlar və hazırlıqlardan sonra ilk
aqreqatın işə salınması planlaşdırılır.

Digər üç blokun isə bir il ərzində istismara verilməsi nəzərdə tutulur.

Mənbə: TASS


Source link