e821dd0e-9d2e-463c-bf40-003e2d6caa6f..jpg

Aktau-Bakı marşrutu ilə ilk dəfə “Kaşaqan” neftinin nəqlinə başlanılıb – FOTO

Baxış sayı: 975 dəfə baxılıb.

Aktau-Bakı marşrutu ilə ilk dəfə “Kaşaqan” neftinin nəqlinə başlanılıb – FOTO

Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə
Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb

Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Dəniz
Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata
keçirilib.

İlk partiyada tankerin anbarlarına ümumilikdə 6 900 ton xam neft yüklənib.
Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal”
terminalına çatdıracaq.

Martın əvvəlində bildirilmişdi ki, Qazaxıstanın “KazTransOil” şirkəti bu ay
“Kaşaqan” yatağından hasil edilən 7 min ton nefti Azərbaycan ərazisindən
tranzitlə tədarük edəcək.

“Kaşaqan” yatağının neftinin daşınması ilə Yaponiyanın “INPEX North Caspian
Sea” şirkəti məşğul olur. Bu şirkət Azərbaycanda “Azəri-Çıraq-Günəşli”də və
əsas ixrac neft kəməri Bakı-Tbilisi-Ceyhanda paylara malikdir.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə
istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə
qabiliyyəti 7 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların
daşınması mümkündür.

Source link