0819007d-1865-47c2-a929-088b003f2c64..jpg

Albaniyada güləş üzrə U-23 dünya çempionatına yekun vurulub

Baxış sayı: 689 dəfə baxılıb.

Albaniyada güləş üzrə U-23 dünya çempionatına yekun vurulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatına
yekun vurulub.

Mundialın son günündə üç yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Fərid Sadıxlı (55 kq) ilk görüşdə belaruslu Maksim Stupakeviçi sonuncu xal
prinsipinə əsasən (3:3) üstələdikdən sonra 1/4 finalda rusiyalı Vadimir
Zabeyvorota üzərində əzmkar qələbə qazanıb – 4:3. Həmyerlimiz yarımfinalda
gürcüstanlı Giorgi Toxadzeylə bacarmayıb – 0:10.

Fərid bürünc medal uğrunda görüşdə rumıniyalı Denis Florinə tam üstünlüklə
(10:0) qalib gələrək dünya üçüncüsü olub.

Ziya Babaşov (63 kq) 1/8 finalda belaruslu Qleb Makarankaya sonuncu xal
prinsipinə əsasən (3:3) məğlub olub. Babaşov təsəlliverici görüşdə ermənistanlı
Yurik Hoveyana xalların keyfiyyətinə görə (2:2) uduzub.

Xasay Həsənli (77 kq) 1/8 finalda macarıstanlı Attila Toeşmaqiyə (9:1), 1/4
finalda hindistanlı Dipak Puniyaya (tuş), yarımfinalda isə gürcüstanlı Xviçe
Ananidzeyə (9:0) tam üstünlüklə finala yüksəlib. Həlledici görüşdə moldovalı
Aleksandrin Qutuyla qarşılaşan Xasay 1:3 hesabıyla uduzub və U-23 dünya
çempionatını gümüş medalla başa vurub.

Məhəmməd Əhmədiyev (87 kq) belaruslu Vasili Buhlakı 6:1 hesabıyla mübarizədən
kənarlaşdırsa da, 1/4 finalda norveçli Eksos Mukubuya uduzub – 0:10.

Sərxan Məmmədov (130 kq) çexiyalı Marsel Albiniyə tam üstünlüklə (8:0) qalib
gəldikdən sonra almaniyalı Patrik Numayiri sonuncu xal prinsipinə (1:1) əsasən
üstələyərək yarımfinala yüksəlib. Güləşçimiz finalın bir addımlığında ukraynalı
Mixaylo Vişnivetskiyə sonuncu xal prinsipinə (1:1) əsasən məğlub olub. Sərxan
bürünc medal uğrunda görüşdə yunanıstanlı Apostolos Tsivolosa heç bir şans
tanımayıb və 10:0 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Source link