Albaniyada keçirilən dünya çempionatında MİK təmsilçisi gümüş medal qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən U-23 dünya çempionatında
Mərkəzi İdman Klubunun (MİK) təmsilçisi Azərbaycan nümayəndə heyətinin
tərkibində uğurla çıxış edib.
Sərbəst güləş üzrə 79 kq çəki dərəcəsində mübarizə aparan MİK təmsilçisi Əşrəf
Aşırov U-23 dünya çempionatının gümüş medalına layiq görülərək Azərbaycanın
aktivinə bir medal yazdırıb.
Qeyd edək ki, dünya çempionatında medal qazanan idmançımızın məşqçisi
polkovnik-leytenant Nazim Əlicanovdur.