608f79b3-3610-435b-bd4b-dcfcb6aa6ae5..jpg

Almaniya prezidenti üzr istədi

Baxış sayı: 992 dəfə baxılıb.

Almaniya prezidenti üzr istədi

Varşava qettosundakı üsyanının başlanmasının 80-ci ildönümündə Almaniyanın
Federal Prezidenti Frank-Valter Ştaynmayer İkinci Dünya Müharibəsi zamanı
yəhudilərin təqibi və qətliamına görə ölkəsinin məsuliyyətini bir daha
xatırladıb.

Varşavada Polşa və İsrail prezidentləri Anjey Duda və İsxaq Hersoqun iştirakı
ilə keçirilən anım tədbirində Almaniya dövlət başçısı nasistlərin əməllərinə
görə üzr istəyib.

“Bu gün mən sizin qarşınızda dururam və burada almanların törətdiyi
cinayətlərə görə sizdən üzr diləyirəm”, – deyə o, bəyan edib. Prezident hər iki
dövlətə alman xalqı ilə barışdıqlarına görə təşəkkür edib. Ştaynmayerin
fikrincə, bu, “son dərəcə qiymətli hədiyyədir”.

Mənbə: dw.com

Source link