389cc539-bf21-4eac-b42f-a62f16f5ea96..jpg

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı Azərbaycanda da yayımlanacaq

Baxış sayı: 859 dəfə baxılıb.

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı Azərbaycanda da
yayımlanacaq

Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə
maliyyə dəstəyi göstəriləcək.

Prezident.az -ın məlumatına görə,
bununla əlaqədar olaraq Prezidentİlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama görə, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa
çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və
Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü
il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio
Yayımları Şirkətinə 940 500,0 (doqquz yüz qırx min beş yüz) avronun manat
ekvivalentində vəsait ayrılacaq.

Maliyyələşməni təmin etmək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
həvalə olunub.

Source link