c2d44af2-7ad3-4352-92e1-687caff2e887..jpg

Almaniyadakı türk toyunda 50-dən çox qonaq zəhərlənib

Baxış sayı: 768 dəfə baxılıb.

Almaniyadakı türk toyunda 50-dən çox qonaq zəhərlənib

Almaniyanın Düsseldorf şəhərində (Şimali Reyn-Vestfaliya) şənbə günü axşam
keçirilən türk toyu zamanı 50-dən çox insan dəm qazından zəhərlənib.

Məlumata görə, qonaqlardan bəziləri özlərini piss edib. Hadisə yerinə gələn
təcili tibbi yardım briqadası binada dəm qazının konsentrasiyasının artdığını
qeydə alıb. Nəticədə 34 nəfər qismən ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya
çatdırılıb, 20-yə yaxın şəxs isə özbaşına tibbi yardıma müraciət edib.

Ümumilikdə, şənlikdə 150-200 nəfər iştirak edib. Hadisənin dəqiq səbəbi hələ
müəyyən edilməyib. Polis araşdırma aparır.

Mənbə: TASS

Source link