89f869f3-f6b1-4eb3-a966-9946cfeaac1b..jpg

Almaz Ələsgərli səhhəti ilə bağlı danışdı

Baxış sayı: 910 dəfə baxılıb.

Almaz Ələsgərli səhhəti ilə bağlı danışdı

Əməkdar artist zəhərlənməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Cixisyolu.com-ın əməkdaşı səhhəti ilə bağlı məlumat almaq üçün Əməkdar artist Almaz
Ələsgərlinin özü ilə danışıb.

Xatırladaq ki, müğənni və aktrisa Almaz Ələsgərli zəhərlənib. Evdə yataq
rejimində qalıb.

O, hazırda səhhətinin qaydasında olduğunu bildirib:

“Səhhətim superdir. Hər şey yaxşıdır. Bir qədər səhhətim sözümə baxmadı. İndi
hər şey qaydasındadır”.

A.Ələsgərli qidadan zəhərləndiyini qeyd edib:

“Bəli, qidadan zəhərlənmişdim. Bir qədər soyuq da olmuşdu. Hazırda yaxşıyam.
Yemək də yeyə bilirəm. Özümü yaxşı, gümrah hiss edirəm. Maraqlandığınız üçün
təşəkkür edirəm”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından Cixisyolu.com-a verilən məlumata görə,
aktrisa teatrda fəaliyyətini davam etdirir.

Qeyd edək ki, müğənni Almaz Ələsgərli Azərbaycan Dövlət Akademik Musiqili
Teatrında uzun illərdir ki, aktrisa olaraq fəaliyyət göstərir.

Nəzrin Vahid

Source link