AMB-nin baş direktoru: “Rəqəmsal manatın tətbiqinə tələsmirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal manatın tətbiqinə tələsmir”.
Bunu “Report”a açıqlamasında AMB-nin Baş direktoru Fərid Osmanov bildirib.
“Beynəlxalq trendləri nəzərə alaraq, davamlı olaraq rəqəmsal valyuta ilə bağlı
təhlillər aparırıq, amma onun tətbiqinə tələsmirik”, – deyə baş direktor qeyd
edib.
Onun sözlərinə görə, təhlillər tam başa çatdıqdan sonra rəqəmsal manat barədə
qərar verilə bilər:
“Çünki təhlil zamanı bir sıra istiqamətlər nəzərdən keçirilməlidir. Bunun həm
monetar siyasətə, həm iqtisadiyyata təsiri, kibertəhlükəsizlik məsələləri
qiymətləndirilməlidir. Bu işi AMB-nin komandası həm ayrıca, həm də beynəlxalq
tərəfdaşlarla birgə həyata keçirir. Təhlillər tam yekunlaşandan sonra rəqəmsal
manatın tətbiqi imkanları dəyərləndiriləcək. Yəni, hələ ki, AMB bu məsələdə
qərarlı deyil”.