19c7c06d-a7a8-4055-84e6-d7989b7062f9..jpg

Amid Fərəcov: “Atamın ən böyük arzusu Laçına qayıtmaq idi”

Baxış sayı: 614 dəfə baxılıb.

Amid Fərəcov: “Atamın ən böyük arzusu Laçına qayıtmaq idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atamın ən böyük arzusu Laçına, Zabuxa qayıtmaq olub”.

Bunu Cixisyolu.com-a açıqlamasında Zabux kənd sakini, keçmiş məcburi köçkün Amid
Dağbəyi oğlu Fərəcov deyib.

O bildirib ki, bu gün doğma yurda qayıtdığı üçün çox sevinclidir:

“Atamın ən böyük arzusu idi Laçına qayıtmaq, amma dünyadan vaxtsız köçdü, bu
gözəl günləri görmək ona qismət olmadı. Amma bu gün biz ailə üzvlərimizlə doğma
yurda qayıdırıq. Beş yaşımda çıxmışdım Zabuxdan. Çox çətindir o günləri
xatırlamaq. Amma çox şükür ki, torpaqlarımız işğaldan azad edildi, Ali Baş
Komandanımız və müzəffər Ordumuzun sayəsində biz ata yurdumuza qayıdırıq. Çox
sevincliyik. Bizə bu gözəl günləri yaşadanlara öz təşəkkürümüzü bildiririk,
şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayırıq!”

Qeyd edək ki, bu gün Laçın rayonunun Zabux kəndinə Bakının Qaradağ rayonundakı
“Qobu Park-3” yaşayış massivindən 25 ailə (94 nəfər) yola salınıb. Bunadək
Zabuxa 21 ailə (94 nəfər) köçürülüb.

Aytac Qasımova

Source link