6cfedb40-3635-41df-969b-a2a43f7c3f9b..jpg

ANAMA: “Laçında baş vermiş mina hadisəsi yaşayış evinin girişində olub” – FOTO/VİDEO

Baxış sayı: 738 dəfə baxılıb.

ANAMA: “Laçında baş vermiş mina hadisəsi yaşayış evinin girişində olub” –
FOTO/VİDEO

Laçında bir nəfərin xəsarət alması ilə nəticələnən mina partlayışı yaşayış
evinin girişində olub.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin
(ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 13-də Laçın rayonunun Sus kəndi ərazisində minalardan
təmizlənməmiş ərazidə mina hadisəsi baş verib, nəticədə bir nəfər mülki şəxs
xəsarət alıb:

“ANAMA-nın apardığı araşdırma zamanı hadisənin tərk edilmiş məskunlaşma
ərazisində, yaşayış evinin girişində baş verdiyi məlum olub. Ermənistan
tərəfinin heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin mina və digər partlayıcı
sursatlarla qəsdən çirkləndirməsi mina terrorunun bariz nümunəsidir”.

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan davamlı fəaliyyət
nəticəsində mülki təyinatlı torpaqların, viran edilmiş yaşayış məskənləri,
məzarlıqlar, bağlar, su mənbələrinin ətrafı və digər sosial-iqtisadi əhəmiyyət
kəsb edən ərazilərin minalarla yüksək səviyyədə çirkləndiyi müəyyən edilib:

“Müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 nəfər
vətəndaşımızdan 142 nəfəri məhz belə ərazilərdə baş vermiş partlayışlar
nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. ANAMA bu
kimi faktları nəzərə almaqla bir daha vətəndaşlarımıza müraciət edərək yalnız
təhlükəsiz marşrut xətlərindən istifadə edərək marşrutdan kənara çıxmamağa,
məhz minatəmizləmə əməliyyatları icra olunan ərazilərdə müvafiq fəaliyyət
həyata keçirməyə, ayıq-sayıq olmağa və məsuliyyətli davranmağa çağırır”.


Source link