e97403e7-7514-475f-b1a6-8053228e6fed..jpg

ANAMA rəhbəri: “Azərbaycanda 77 890 hektar ərazi minalardan təmizlənib, 87 min mina aşkarlanıb”

Baxış sayı: 885 dəfə baxılıb.

ANAMA rəhbəri: “Azərbaycanda 77 890 hektar ərazi minalardan təmizlənib, 87 min
mina aşkarlanıb”

“Azərbaycanda Vətən müharibəsi başa çatdıqdan sonra 77 890 hektar ərazi
minalardan təmizlənib, 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin
İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Azərbaycanda akkreditə olunmuş
diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

ANAMA tərəfindən aparılan minatəmizləmə işlərindən danışan V.Süleymanov
Azərbaycanın minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu qeyd edib.

Onun sözlərinə görə, ümumilikdə müharibədən sonrakı dövrdə Azərbaycanda 298
nəfər minaya düşüb, onlardan 53 nəfəri ölüb, 245 nəfəri isə müxtəlif dərəcəli
bədən xəsarətləri alıb:

“Ümumilikdə, 1991-ci ildən indiyədək Azərbaycanda mina partlayışları
nəticəsində 358 uşaq və 38 qadın daxil olmaqla, 3377 nəfər ölüb və ya
yaralanıb”.

Source link