0fc82020-962b-4156-903f-27ce34693520..jpg

Ankarada evi yanan şəxs alovlara məhəl qoymadı: Eyvana çıxıb spirtli içki içməyə davam etdi – VİDEO

Baxış sayı: 837 dəfə baxılıb.

Ankarada evi yanan şəxs alovlara məhəl qoymadı: Eyvana çıxıb spirtli içki
içməyə davam etdi – VİDEO

Türkiyənin Ankara şəhərində gecə saatlarında maraqlı hadisə yaşanıb.

Gölbaşı rayonunda yaşayış binasının ikinci mərtəbəsindəki mənzildə yanğın baş
verib. Evi yanan şəxs isə eyvana çıxaraq spirtli içki qəbul etməyə davam edib.

Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polislər gəliblər.

Ətrafdakı vətəndaşlar sərxoş kişini eyvandan tullanması üçün razı salmağa
çalışıblar. Bu anlar vətəndaşların kamerasına əks olunub.

Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürməyə nail olublar. Yanğının
səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Mənbə: Haber Global


Source link