6faa5c22-b1bf-4928-8d59-ba1a7a83e247..jpg

Ansi Aqolli: “Qarabağ” hər il daha yaxşı olur” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 1. 112 dəfə baxılıb.

Ansi Aqolli: “Qarabağ” hər il daha yaxşı olur” – MÜSAHİBƏ + FOTO

“Qarabağ” sabah xeyriyyə oyununda Türkiyənin “Qalatasaray” klubu ilə
qarşılaşacaq.

Cixisyolu.com xəbər verir ki, matç öncəsi Ağdam klubunun sabiq futbolçusu Ansi Aqolli
də Bakıya gəlib.

Uzun illər “Qarabağ”da oynamış albaniyalı ilə söhbətləşib, paytaxtımıza təşrif
buyurma səbəbi, komandanın gələcək perspektivləri, sabahkı xeyriyyə oyunu ilə
bağlı söhbətləşdik.

– Bakıya gəlmək səbəbiniz nədir?

– Xüsusi səbəb yoxdur. Azərbaycanda, Bakıda özümü evdəki kimi hiss edirəm.
Əsas səbəb budur. Burada çoxlu dostlarım, keçmiş komanda yoldaşlarım,
məşqçilərim var. “Qarabağ”da hər kəs mənə yaxındır.

– Sabah keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçı barədə nə düşünürsünüz?

– Oyunun məqsədi aydındır. Dostluq matçıdır. Hətta qardaşlıq oyunudur. Bu,
əsas məsələdir. “Qalatasaray”ın “Qarabağ”la oyun üçün Bakıya gəlməsi çox
gözəldir. Sabah çox yaxşı atmosfer olacaq. Türkiyədə zəlzələ böyük faciəyə
səbəb oldu. Bu oyun da onun fəsadlarını aradan qaldırmaq üçün az da olsa kömək
etməyə hesablanıb.

– “Qarabağ”ın avrokuboklardakı çıxışını yəqin ki, izləmisiniz. Necə
dəyərləndirə bilərsiniz?

– Çox yaxşı mövsüm keçirdilər. Bəzi rekordlar qırdılar. “Qarabağ” hər il daha
yaxşı olur. Bu dəfə də Konfrans Liqasında pley-off oynadılar. Bu, klub və
Azərbaycan futbolu üçün çox yaxşıdır.

– “Qarabağ”ın gələcəyi barədə nə düşünürsünüz? Növbəti mövsüm Çempionlar
Liqasının qrup mərhələsində oynaya bilərmi?

– İnşallah. Görəcəyik. Hər il komanda daha yaxşı oynayır, pillə-pillə
yüksəlir. Komandanı Çempionlar Liqasında da görə bilərik. Ancaq hər şey
“Qarabağ”ın özündən də asılı deyil. Rəqiblərin kimlər olacağı, komandanın həmin
anda hansı formada olması da önəmli amillərdir. İndi Çempionlar Liqası barədə
danışmaq üçün çox tezdir. Amma bu, komanda üçün bir məqsəd ola bilər. Hər kəs
“Qarabağ”ı qrup mərhələsində görmək istəyir.

– Həmyerliniz Redon Cicanın “Qarabağ”dakı çıxışını yəqin ki, izləyirsiniz.
Onun komandada gələcəyini necə görürsünüz?

– Cica gənc oyunçudr. O, yaxşı istedada malikdir. Düşünürəm ki, Redonun
“Qarabağ”da parlaq gələcəyi var. O, çox işləməlidir. Heç kim heç nə
qarşılığında sizə bir şey vermir. “Qarabağ”a gəlmək onun üçün böyük addımdır.
Amma hər şey bununla bitmir. Növbəti addımları atmaq lazımdır. Komandaya kömək
etmək, məqsədlərə çatmaq üçün yardımçı olmaq lazımdır. Yaxşı xarakteri var. Əsl
komanda oyunçusudur. Düşünürəm ki, Redon Cica düzgün yerdədir.

Faiq Tahirov

Source link