1ff828ee-d2b2-458a-8998-71da447bf086..jpg

Aprelin 30-da növbəti buraxılış imtahanı keçiriləcək

Baxış sayı: 731 dəfə baxılıb.

Aprelin 30-da növbəti buraxılış imtahanı keçiriləcək

Aprelin 30-da Naxçıvan MR-də, Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı
rayonlarında, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə
),
Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə
),
Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə
),
Goranboy, Göyçay (II hissə
),
Xaçmaz (II hissə
),
İsmayıllı, Qax, Qazax, Quba (II hissə
),
Lerik, Masallı (II hissə
),
Salyan, Şamaxı, Tərtər, Ucar, Zaqatala rayonlarında, Bakı şəhərinin xüsusi
ümumtəhsil müəssisələrində, eləcə də tədrisi ingilis, fransız və gürcü
dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan
Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanları keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər
https://eservices.dim.gov.az/sagirdbv/
linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil
müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə
bilərlər.

Şagirdlər iş nömrəsini buradan
öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə “Adobe Reader” proqramı
quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi
götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər
buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olanarayışı
DİM-in saytından

yükləyə bilərlər.

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə)
imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan
şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonda imtahan
verirlər. Sumqayıt, Abşeron, Cəlilabad, Göyçay, Xaçmaz, Quba, Masallıda
yerləşən məktəblərin şagirdlərinin imtahanı iki imtahan gününə bölünüb. Bu hal
yuxarıda müvafiq olaraq, “hissə” adlandırılıb və hiperlink qoyulub. Linkin
üzərinə basdıqda aprelin 30-da hansı məktəblərin şagirdlərinin imtahan verməsi
haqqında məlumat açılır.

Source link